Məktəblini döyən icra başçısının müavini ilə bağlı qərar verildi

ÖLKƏ
17:30 / 18.07.2022
880

Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən uzaqlaşdırılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rasilə Arifqızı İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb.

0