Nazir \"Yüksəliş\"in qalibinə vəzifə verdi

11:59 / 19.07.2022
747

Birinci "Yüksəliş" müsabiqəsinin qalibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Turxan Süleyman Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev tərəfindən nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyin olunub.

Bu barədə HİT.az-a "Yüksəliş"dən məlumat verilib.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində təhsil naziri Emin Əmrullayev müsabiqənin qalibi Turxan Süleymanın mentorudur.

0