14 ildir pensiya alan qazinin 8 aydır pensiyası kəsilib - VİDEO

ÖLKƏ
22:57 / 20.07.2022
935

14 ildən artıqdır pensiya alan Birinci Qarabağ müharibəsi iştirakçısının pensiyası kəsilib.

Hit.Az xəbər verir ki, söhbət əlillik pensiyası alan Pərviz Rüstəmovdan gedir.
Ailəsi bildirir ki, bütün lazımi prosedurlar həyata keçirilib. Forma 88 göndərilib, amma nəticə açıqlanmır. Həyat yoldaşı Sevinc Rüstəmovanın sözlərinə görə, dekabr ayından kəsilən pensiya hələ də bərpa edilməyib. Baxmayaraq ki, bütün lazimi prosedurlar həyata keçirilib.

Tək gəlirləri həmin vəsait olduğundan indi ailə maddi problemlərlə üzləşib. Onlar tezliklə pensiyanın bərpa edilməsini istəyirlər.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirdi ki, qazi Pərviz Rüstəmov agentlikdə əyani müayinə edilib. Pərviz Rüstəmovun əlillik dərəcəsinə uyğun olaraq sosial ödənişlərinin təminatına başlanır (xezerxeber)

0