Sabah hava necə olacaq?

ÖLKƏ
13:16 / 21.07.2022
432

İyulun 22-nə olan hava proqnozu açıqlanıb.

Hit.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti yağmursuz keçəcək.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24, gündüz 30-33, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

0