Bu Polis Bölməsinə yeni rəis təyin edildi

ÖLKƏ
11:52 / 26.07.2022
746

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

HİT.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi təyin edilib. O, bu təyinata qədər - keçən ilin aprel ayından etibarən həmin bölmədə rəis müavini vəzifəsini tuturdu.

Qeyd edək ki, Tural Nəzərov daha əvvəl Daxili İşlər Nazirliyində çalışıb.

0