Səfər Mehdiyevin ölkədən çıxışına “STOP” qoyuldu

ÖLKƏ
14:08 / 26.07.2022
519

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

HİT.az “Modern”ə istinadən bildirir ki, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış  cinayət işinin istintaqı ilə bağlıdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib.

0