Azərbaycanlı şagird Beynəlxalq olimpiadada qızıl medal qazandı - Almaniyada bilik yarışı - FOTO

ÖLKƏ
15:32 / 26.07.2022
1153

Azərbaycanlı məktəbli Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq “Stem riyaziyyat və elmi kodlaşdırma” fənləri üzrə keçirilən olimpiadanın qalibi olub.

Missiya.Az xəbər verir ki, Bakı “Dünya" məktəbinin 7-ci sinif şagirdi olan Əhmədov Ayxan Ramin oğlu 1-ci yeri qazanaraq, qızıl medala layiq görülüb.

Qeyd edək ki, olimpiadada 132 ölkədən 656 şagird iştirak edib.

0