Karantin sərtləşdiriləcək deyə sərhədlər açılmır?

ÖLKƏ
09:47 / 27.07.2022
668

Bu ilin may ayında koronavirusa yoluxma minimuma endiyindən karantin qaydaları yumşaldıldı. Quru sərhədlərinin bağlı qalması isə qarşıdakı müddətdə yenidən yoluxmanın artacağı ehtimalını yüksəldirdi. İyulun əvvəlindən başlayaraq, yoluxanların sayının artması ehtimalların doğru olduğu təsəvvürü yaradır. Hətta bəziləri test sayının çoxalması səbəbindən rəqəmlərin artdığını iddia edir.

Bu barədə Modern.az-a danışan həkim-infeksionist Vasif Əliyev "test sayları artdığından yoluxanların da sayı artıb" kimi fikirlərlə razı olmadığını bildirib.

V.Əliyev hesab edir ki, yoluxma sayı satatistikada qeyd olunandan da çoxdur:

“Çünki çox insan xəstəxanaya gedib test vermir. Ona görə də statistikaya şübhəli yanaşmaq doğru deyil. Əgər quru sərhədlər açılarsa, gediş-gəliş artacaq və yoluxma da bununla əlaqədar olaraq artacaq. Sərhədlərin indi bağlı qalması koronavirusun yayılmasının qarşısını almaq üçündür. Sərhədlər uzun müddətdir məhz koronavirusun qarşısını almaq üçün bağlıdır”.

İnfeksionist qarşıdakı müddətdə karantinin sərtləşdirilməsinin yoluxma dinamikasından asılı olacağını qeyd edib:

“Önümüzdəki günlərdə yoluxma daha da artarsa, və ya xəstəxanalarda yatan xəstələrin sayında artma müşahidə edilərsə, yeni məhdudiyyətlərin tətbiqi normal olacaq. Təbii ki, dəqiq müşahidələr aparıldıqdan sonra Operativ Qərargah tərəfindən qərar veriləcək".

0