Nazirlikdən hava xəbərdarlığı

ÖLKƏ
15:17 / 30.07.2022
707

Avqustun 1-dən 5-dək əsasən gündüz saatlarında Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə HİT.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Şərq küləyi arabir 15-18 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

0