Ağdamın icra başçısı Vətən müharibəsi şəhidinin övladının toyunda - FOTO/VİDEO

ÖLKƏ
18:19 / 30.07.2022
1310

5 oktyabır 2020-xi ildə Ağdam rayon Qərvənd kəndi istiqamətində qəhramancasına döyüşərək şəhid olan Vətən müharibəsi şəhidimiz Müşfiq Qabil oğlu Abbasovun övladı İntiqam Abbasovun toy ziyafəti keçirilib.

Ağdam rayonunda baş tutan toy ziyafətində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və rayonun digər hüquq-mühafizə orqanlarının nümayəndələri,rayon ağsaqqalları iştirak ediblər.

Toyda çıxış edən Ağdam rayon İH-nin başçısı Vaqif Həsənov dövlətimizin şəhid ailələrinə,qazilərimizə daima diqqət və qayğı göstərdiyini vurğulayıb. İcra başçısı Allahdan bütün şəhidlərimizə rəhmət,Qazilərimizə dəfa diləyib.

İcra başçısı Vətən müharubəsi şəhidimizin övladının şad günündə ailə ilə birlikdə rəqs də edub.

0