Bakıda məşhur geyim mağazasının müdiri ölü tapıldı

ÖLKƏ
09:42 / 03.08.2022
878

Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb.

HİT.az "Report"a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, iyulun 24-də "Kığılı" geyim mağazasının Elmlər filialının müdiri 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

0