Ordumuzun nəzarətə götürdüyü Sarıbaba yüksəkliyi - FOTO

ÖLKƏ
13:16 / 04.08.2022
1097

Sosial şəbəkədə Ordumuzun avqustun 3-ü keçirdiyi antiterror əməliyyatında nəzarətə götürdüyü Sarıbaba dağının möhtəşəm görüntüsü yayılıb.

Qaynarinfo verir ki, bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paylaşım edib.

O qeyd edib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən - doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib: “Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib. Ordumuza eşq olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

0