Yoluxma 500-dən aşağı düşdü

ÖLKƏ
16:33 / 04.08.2022
764

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 495 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 800 478 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 839 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib, aktiv xəstə sayı 2 884 nəfərdir.

Ölkədə son sutka ərzində 3 708, hazırkı dövrədək isə 7 058 973 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 1 962 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 248, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1200, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 219 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 824 041, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 712, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 491, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 342 589, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 249 nəfər təşkil edir.

0