Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanıldı

ÖLKƏ
14:52 / 11.08.2022
583

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, hazırda İdarə tərəfindən xəstəxanada araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Bildirilib ki, nəticəsi barədə əlavə məlumat veriləcək.

0