420 nəfər yoluxdu, 5 nəfər vəfat etdi

ÖLKƏ
18:18 / 13.08.2022
762

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 420 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 804 585 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 791 656 nəfər müalicə olunaraq sağalıb, 9773 nəfər vəfat edib, aktiv xəstə sayı 3156 nəfərdir.

Ölkədə son sutka ərzində 3303, hazırkı dövrədək isə 7 091 597 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 1651 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, üç və daha çox doza vaksin vurduranların sayı 1034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 193 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 837 697, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 929, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 547, üç və daha çox doza vaksin vurduranların sayı 3 351 247, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 974 təşkil edir.

0