Vilayət Eyvazovdan yeni təyinat

ÖLKƏ
11:50 / 15.08.2022
639

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

HİT.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Nəbi Məmmədov Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.

O, bu təyinata qədər Cəlilabad Rayon Polis Şöbəsində çalışıb.

0