Günün yoluxma statistikası

ÖLKƏ
16:51 / 19.08.2022
845

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 499 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Hit.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-dan ölən yoxdur.

Ölkədə bu günədək ümumilikdə 807 516 nəfər koronavirusa yoluxub. Onlardan 794 225 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 507 nəfərdir.

Son gün ərzində 3 438, hazırkı dövrədək isə 7 113 616 test aparılıb.
 
Son gündə koronavirus əleyhinə 1 509 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 239, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 237, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 894, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 139 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 845 853 təşkil edir.

0