Günün yoluxma statistikası açıqlandı

ÖLKƏ
17:25 / 21.08.2022
746

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb.

Hit.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-dan bir nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 808 569 nəfər koronavirusa yoluxub. Onlardan 795 110 nəfər müalicə olunaraq sağalıb, 9 785 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 674 nəfərdir.

Son gün ərzində 3 700, hazırkı dövrədək isə 7 120 436 test aparılıb.
 
Son gündə koronavirus əleyhinə 1 319 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 144 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 848 567 təşkil edir.

0