Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü - FOTO

ÖLKƏ
16:33 / 26.08.2022
892

Bakıda 29 yaşlı qadın doğuşdan sonra ölüb.

HİT.az news24.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evində baş verib. 1993-cü il təvəllüdlü Ellazova Aygül Sahib qızının vəziyyəti doğuşdan sonra kəskinləşib və o vəfat edib.

Hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilir.

Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. 

Qeyd edək ki, qadının yeni dünyaya gətirdiyi körpəsinin səhhəti normaldır.

0