Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu - RƏSMİ

ÖLKƏ
09:52 / 27.08.2022
903

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

0