Ağstafa rayonunun mədəniyyət işçiləri ilə görüş keçirildi - FOTOLAR

ÖLKƏ
20:11 / 27.08.2022
1297

Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə RİH başçısı Seymur Orucov, müavinləri, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev və mədəniyyət sahəsində çalışan məsul şəxslər iştirak ediblər.

Görüşdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafanın mədəniyyət sahəsində görülən işlərdən söz açıb, qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.

Seymur Orucov çıxışında qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.

İcra başçısı görüşün əsas məqsədinin rayon mədəniyyət müəssisələrinin mövcud vəziyyətini dərindən təhlil etmək, fəaliyyət istiqamətlərinin səmərəliliyinin artırılması tədbirlərinin mədəniyyət nümayəndələri ilə birlikdə müəyyən etməkdən ibarət olduğunu vurğulayıb.

Sonra açıq mikrafon qarşısına keçən mədəniyyət sahəsində çalışan məsul şəxslərin müraciət və təklifləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

0