Zabux və Sus kəndlərində nəzarəti ələ keçirən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri Laçında Türkiyə bayrağını açaraq “Türklərin gücünü gördünüz, bundan sonra da görəcəksiniz",- deyə qeyd edib.
Musavat.com xəbər verir ki, hərbçimizin bu paylaşımı Türkiyə mətbuatında gündəm olub.
Sosial mediada da böyük rəğbətlə qarşılanan bu görüntülər Azərbaycan-Türkiyə qardaşlığının bir daha sarsılmaz olduğunun sübutu kimi şərh edilib.
Qeyd edək ki, avqusun 26-da Prezident İlham Əliyev Azərbaycan Ordusunun Laçına yerləşdiyini açıqlamışdı.