Zaqataladakı yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alındı

ÖLKƏ
09:26 / 31.08.2022
910

Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hit.az xəbər verir ki, , yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Qeyd edək ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

0