Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT

ÖLKƏ
14:07 / 31.08.2022
1224

Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonunda yerləşən Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Sadiq Ramis oğlu Bəkirli təqaüdə göndərilib. 

Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavafiq əmri ilə, bu vəzifəyə polkovnik-leytenant Elnur Qənimət oğlu Məhərrəmov təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Elnur Məhərrəmov Qarabağ Regional Mərkəzində idarə rəisi vəzifəsində çalışıb.

0