Müdafiə Nazirliyi ermənilərin iddiasını təkzib etdi

ÖLKƏ
13:03 / 12.09.2022
721

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - qeyd olunub.

0