DSX sərhəddəki təxribatla bağlı məlumat yaydı

ÖLKƏ
11:47 / 13.09.2022
994

Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.

Bu barədə HİT.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər: "Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib".

0