Bakıda ürək dağlayan mənzərə: Övladının şəhid xəbərinə dözməyən ata və oğulun tabutu yan-yana - VİDEO

ÖLKƏ
09:58 / 14.09.2022
1072

Bakının Binəqədi rayonunda şəhidin nəşi ailəsinə təhvil verilənədək atası bu xəbərə dözməyərək vəfat edib. 

Hit.az BAKU.WS-ə istinadən xəbər verir ki, şəhid Vadim Qocayevlə atasının nəşi dəfnə birgə aparılır. Bu barədə yayılan görüntülər isə ürək dağlayır. 

Qeyd edək ki, şəhid Vadim Qocayevin həyat yoldaşının hamilə olduğu bildirilir.

0