Son sutkada 371 nəfər koronavirusa yoluxdu

ÖLKƏ
16:42 / 14.09.2022
364

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 060 aktiv xəstə var. Bu günə qədər 9 873 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 664, bu günə qədər isə ümumilikdə 7 203 417 test icra olunub.
 
Azərbaycanda son gündə koronavirus əleyhinə 1 613 vaksin vurulub.

Bununla da ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 877 095-ə çatıb.

0