Ordumuz Qarabağda vəhşiliklər etmiş məşhur erməni qadını məhv etdi - FOTOLAR

ÖLKƏ
16:30 / 15.09.2022
2333

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalıda böyük rol oynayan "Aparan” adlı hərbi qruplaşmanın fəal üzvlərindən biri - Suzanna Marqaryan Ermənistan-Azərbaycan sərhədində öldürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Məlumatda bildirilir ki, "Azadlıq döyüşçüsü” ləqəbilə tanınan Suzanna Marqaryan adlı qadın Azərbaycana qarşı hazırlanan təxribatlarda iştirak etmək üçün cəbhə xəttinə gəlib.

Suzanna Marqaryan 1-ci Qarabağ müharibəsi zamanı hazırda Ermənistan müdafiə nazirinin müşaviri olan 82 yaşlı Razmik Petrosyanla birgə Azərbaycan ordusuna qarşı döyüşüb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağın işğalında və azərbaycanlılara qarşı törədilən vəşhiliklərdə yaxından iştirak edib.

Qeyd edək ki, o, İkinci Qarabağ müharibsəində də erməni hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı döyüşüb.

0