Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşaya gedib.
Hit.az xəbər verir ki, səfir bunu özünün tviter hesabında yazıb.
C.Bağcı azad Şuşada səhər gəzintisi etdiyini və günəşin doğuşunu izlədiyini bildirib:
"Sübh çağı Şuşanın küçələrində köhnə ilə təzənin arasında dolanarkən üstümə çökən kədər Qarabağın azadlığı, Şuşanın bərpası və inkişafı ilə coşquya çevrildi. Allaha şükürlər olsun ki, bu günləri bizə göstərdi".