Son sutkada koronavirusa neçə nəfər yoluxub?

ÖLKƏ
18:45 / 16.09.2022
631

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 234 yeni yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 819 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 433 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 810 aktiv xəstə var. Bu günə qədər 9 881 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 929, bu günə qədər isə ümumilikdə 7 209 734 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 945 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 252, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 135, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 478, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 80 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 879 425, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 378 898, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 865 714, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 373 912, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 901 nəfər təşkil edir.

0