Turan İbrahimov 5 il sonra televiziyaya qayıtdı - Bu verilişi aparacaq

ÖLKƏ
10:56 / 17.09.2022
1127

Aparıcı Turan İbrahimov yenidən efirlərə qayıdır. 

HİT.az xəbər verir ki, o, "Space" kanalında yayımlanan "Space səhər" verilişinin aparıcısı olacaq. Turan bu haqda şəxsi feysbuk səhifəsində bildirib:

"Beş il əvvəl qoyub getdiyim xəbər formatı ilə "Space səhər"ə qayıdıram. Ənənəvi televiziyanın qürub dövründə efirdə olmaq qərarım həm də özüm üçün eksperiment xarakterlidir. Yaşı 55-dən yuxarı olan bütün azərbaycanlıları görüşə çağırıram. Onsuz da hazırda televiziya tamaşaçıları əsasən onlardır. Həftə içi 5 gün, səhər saat 8-dən 10:15-ə qədər "Space TV"-də görüşürük!"

1