Cəlal Qurbanov: "Vətən üçün ölmənin statusu yoxdur, Zəhrasından Poladına qədər..."

ÖLKƏ
22:13 / 17.09.2022
796

"Öz torpağımızın üstü də, altı da evimizdir, Vətənimizdir! Ölümdən daha əzablısı laməkan olmaqdır".

Hit.az xəbər verir ki, bu sözləri nəğməkar-şair Cəlal Qurbanov "Instagram" hesabında yazıb.

"Əyinlərində hərbi geyim, əllərində güllər! İstərdim ki, onlar böyüyəndə bu gülləri silahlar əvəz etməsin, güllələrə ehtiyac qalmasın. Amma coğrafiyamızın narahat mövqeyini dərk edərək mən də oğlum Əlini gələcəyin əsgəri kimi hazırlayıram. Çünki,  dünyanın hər yerində qonağıq, öz torpağımızın üstü də, altı da evimizdir, Vətənimizdir!  

Şərqə-qərbə, kəndliyə-şəhərliyə, fəhləyə-professora bölünmək olmaz. Bizim birliyimizdən ilhamlanıb qayalara dırmanan igidlər yüksəkliklərə üç rəngi möhürləyirlər. Onlar bizi arxalarında əl-ələ görməsələr irəli gedə bilməzlər.

Ölümdən daha əzablısı laməkan olmaqdır! Heç kim Vətəni digərindən daha az sevmir. Vətən hamımızındır! Vətən üçün ölmənin yaşı, statusu yoxdur! Körpəsindən generalına qədər!  Zəhrasından Poladına qədər!"

0