Vilayət Eyvazovdan yeni təynat

ÖLKƏ
10:21 / 20.09.2022
837

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

HİT.az "Report"a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elçin Teymurov Astara Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, E.Teymurov bu təyinatadək Zaqatala RPŞ-də İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.

0