“BakuBus”larda pulsuz internet niyə işləmir? - FOTO

ÖLKƏ
11:26 / 20.09.2022
626

“BakuBus” MMC-yə məxsus avtobuslarda "Pulsuz WiFi" işarəsi olsa da, sərnişinlər internetdən istifadə edə bilmir.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, sərnişinlərə təklif edilən pulsuz internetdən heç kim istifadə edə bilmir. Bu hal avtobusda həm sıxlıq olan vaxt, həm də seyrəklik zamanı müşahidə edilir.

Bir sözlə, avtobusda sərnişinlərin sayından və günün hansı vaxtına təsadüf etməsindən asılı olmayaraq pulsuz internet xidmətindən istifadə etmək mümkün deyil.

Belə olan halda sual yaranır ki, əgər avtobuslarda pulsuz internet xidməti varsa, nə üçün sərnişinlər bundan istifadə edə bilmir? Əgər pulsuz internet xidməti artıq avtobuslarda işləmirsə, onda niyə həmin işarə götürülməyib?

0