ÖLKƏ
15:17 / 22.09.2022
728

Azərbaycanda pulu olmayan kişi xəstəxanada 20 gündür ac saxlanılır? - VİDEO

Gəncədə xəstəxanada yatan vətəndaşa qarşı laqeyd münasibətin göstərildiyi iddia edilib.

HİT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, söhbət Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada yatan pasiyentdən gedir:

“Yaşlı kişinin ayağı sınıb. Bir həftəyə yaxın müddətdir xəstəxananın ikinci mərtəbəsindəki palatada yatır. Ağrıdan qıvrılır, qışqırır, heç kim yaxın durmur. Pulu yoxdur deyə həkimlər kişiyə baxmır”.

Görüntülərdə kişi 20 gündür ac qaldığını deyib:

“Öldürmüyün insanı. Allahdan qorxunuz olsun. Nə deyirəm vurun, ağrıkəsici vurun. İyirmi gün çörək yeməmək nə deməkdir? Başım gicəllənir”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-in əməkdaşı Kənan Kərimov bildirib ki, sözügedən hadisə qurum tərəfindən nəzarətə götürülüb və ictimaiyyətə əlavə məlumat veriləcək.

0