Qazaxda iki uşağı ildırım vurub.
Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:
“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.