Azərbaycanlı fotoqraf 36 yaşında vəfat etdi - FOTO

ÖLKƏ
10:42 / 26.09.2022
1235

Tanınmış fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Asimoğlu (Talıbov) vəfat edib.

HİT.az xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkədə məlumat yayıblar. O, ötən gün dünyasını dəyişib. 36 yaşlı fotoqrafın ölüm səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, Ş.Asimoğlu peşəkar fotoqraf kimi bir sıra qurumlarda çalışıb və müxtəlif foto müsabiqələrinin qalibi olub.

0