Anım Günü Ağstafa rayonunda silsilə tədbirlərlə qeyd olundu - FOTOLAR

20:46 / 27.09.2022
895

27 sentyabr Anım Günündə Ağstafa şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərimzin xatirəsinə inşa olunmuş “Şəhid” Memorial Abidə Kompleksi ziyarət olunub.

Memorial kompleksin səkkiz guşəli ulduzunda alovlanan məşəl önünə əklil qoyulub, aypara abidəsi üstünə gül dəstələri düzülüb. Ümumrayon anım tədbiri rayonun Şəhidlər Xiyabanında davam etdirilib.

Ölkəmizin azadlığı və suverenliyi uğrunda canını fəda etmiş mərd Vətən oğullarının məzarları üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Saat 12:00-da Vətən Müharibəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.

Tədbirlərdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, məsul şəxslər, qazilər, müharibə iştirakçıları, rayon ərazisində yerləşən hərbi hissələri təmsil edən əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

0