DİN-dən Bakıda zorla ərə verilən 17 yaşlı qızla bağlı açıqlama

17:33 / 29.09.2022
966

Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapıb.

HİT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, iddialar nəzarətə götürülməklə araşdırılıb. Məcburi olaraq öz qohumu ilə ailə qurmağa vadar edilən A.A. polis əməkdaşları tərəfindən müvafiq sığınacağa yerləşdirilib. Qarşı tərəf dəvət olunub, dinlənilib, izahatları alınıb. Araşdırmalar davam etdirilir.

0