Yoluxanların sayı açıqlandı

ÖLKƏ
16:44 / 08.10.2022
707

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 77 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 597 nəfər müalicə olunaraq sağalıb, hazırda 580 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 166, bu günə qədər isə ümumilikdə 7 271 311 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 837 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 254, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 316, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 57 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 897 464, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 257, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 656, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 135 nəfər təşkil edir.

0