Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Öz işini qur” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində ilk təlim "Karyera və biznes quruculuğu" mövzusunda keçirilib.
Təlimi karyera psixoloqu, biznes təlimçisi Orxan Mahmudov keçib.
Caspian Plazada baş tutan təlimin 1-ci hissəsində karyera quruculuğunun mərhələləri və xüsusilə də psixoloji hissələrinə toxunulub. Karyera inkişafında zəruri olan və əmək bazarının tələblərinə əsasən, ehtiyac olan və önəm praktik bacarıqlardan bəhs edilib.
Təlimin 2-ci hissəsində ümumi biznes quruculuğunun elementləri, tələbatlı biznes sahələri və planlaması haqda danışılıb, xüsusi uğurlu modellər nümunələr əsasında qeyd olunub.
Təlimdə əlavə olaraq startapların mahiyyəti haqda da məlumat verilib.Təlim ümumilikdə interaktiv keçirilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin iştirakçıları həssas qrupa daxil olan və sahibkarlıqla məşğul olmaq istəyən xanımlardır.