İcra başçısı baş memarı işdən çıxardı

ÖLKƏ
15:53 / 20.10.2022
1467

Gədəbəy rayonunun baş memarı vəzifəsindən azad edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, əmrə əsasən, Gədəbəy Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Vidadi Qəmbər oğlu Ələkbərov tutduğu vəzifədən azad olunub.

Onun yerinə hələ ki, təyinat yoxdur.

0