Binəli Yıldırım və Şamil Ayrım Zəngilanda qəzaya düşdü - Helikopterlə Bakıya gətirildilər

ÖLKƏ
21:42 / 20.10.2022
1243

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Bu barədə HİT.Az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Yıldırım və Ayrımın vəziyyətləri yaxşıdır. Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.

AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Alan onları müşayiət etmək üçün Bakıda qalıblar.

Qeyd edilir ki, qəzaya uğramış nəqliyyat vasitəsinin sürücüsünün səhhəti yaxşıdır.

0