Azərbaycanda vəzifəli şəxsi maşın vurdu

ÖLKƏ
09:06 / 21.10.2022
968

Şirvanda avtomobil iki nəfəri vurub.

HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

VAZ-2107 markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alan M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb.

Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

0