Cəbrayılda qəzaya düşən Binəli Yıldırımdan ilk açıqlama

ÖLKƏ
09:29 / 21.10.2022
932

Cəbrayılda yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırım açıqlama verib. 

HİT.az xəbər verir ki, Binəli Yıldırım sosial şəbəkə paylaşımında yazıb: 

"Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada nəzarət altındayıq.

Dua edən və xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm".

0