Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Öz işini qur” layihəsi davam edir.
Layihə çərçivəsində keçirilən 3-cü təlimin mövzusu "Komandadaxili ünsiyyət və təqdimat bacarıqları" olub.
Caspian Plazada baş tutan və karyera psixoloqu Orxan Mahmudovun keçdiyi təlimin 1-ci hissəsində biznesdə komandadaxili ünsiyyətin əhəmiyyəti və əsas qaydaları haqda məlumat verilib.
Təlimin 2-ci hissəsində iştirakçılar üçün komanda şəklində və fərdi formada praktik oyunlar keçirilib, fərdi biznes təqdimatları edilib. Təlim ümumilikdə interaktiv keçirilib və iştirakçıların biznes fikirləri və təqdimetmə formaları analiz olunaraq korreksiya edilib.
Təlimdən sonra layihənin fəaliyyət planına uyğun olaraq, iştirakçıların "Çanta-manta" brendinin yaradıcısı, gənc sahibkar Şəmsinur Məmmədova ilə görüşü keçirilib. "Lavinia Ceramics"də keçirilən görüşdə Şəmsinur xanım və komandası kiçik heyət və kiçik büdcə ilə öz işini necə qurması barədə xanımları məlumatlandırıb, onlara yeni bilgilər və motivasiya qazandırıb.
Qeyd edək ki, layihənin rəhbəri Sevinc Fədai, layihənin iştirakçıları həssas qrupa daxil olan və sahibkarlıqla məşğul olmaq istəyən xanımlardır.