Jurnalist Ekspert Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyta keçirdiyi , "Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” layihəsinin icrasını başa çatdırdı.
2 ay müddətində gerçəkləşən layihə çərçivəsində internet televiziyası olan Missiya TV-nin təşkilati dəstəyi ilə 6 veriliş hazırlandı.
Sentyabrın 1-dən başlayan layihənin əsas məqsədi şəhid ailələri və qazilərin hüquqlarının təşviqindən ibarət idi. Verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğlu oldu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şöbə müdirinin müavini Pərviz İbrahimli; Yaşat Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov; "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Murov qartalı, şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova; qəhrəman qazimiz Cavid Manafovun anası Natavan İbrahimova; "Qarabağ Qaziləri" İctimi Birliyi İdarə Heyətinin üzvü, qazi jurnalist Rey Kərimoğlu; Missiya Media Qrupunun baş redaktoru, tanınmış jurnalist Nicat Dağların qonaq qismində iştirak etdiyi verilişlərdə layihənin hədəf dairəsinə aid imtiyazlı təbəqədən olan insanların hüquqlarının üstünlüklərindən bu hüquqlardan yararlanmağın qanuni yollarından, dövlətin və ictimaiyyətin verdiyi dəstəklə bağlı faktlar əsasında fikir mübadiləsi aparılıb.
Nazirliyin nümayəndəsi dövlətin gördüyü işlərdən qanunların və qərarların icra mexanizmindən söz açıb, Yaşat Fondunun rəhbəri ictimaiyyətin ianələri əsasında formalaşan fondun həyata keçirdiyi tədbirləri və onların nəticələrini ardıcıllıqla diqqətə çatdırıb, şəhid polkovnikin xanımı mövzü üzrə haqqında danışılan imtiyazlı təbəqənin nümayəndələrinə mənəvi cəhətdən göstərilən dəstəkdən, bəzən anlaşılmaz, xoşagəlməz məqamların yaşandığından, bu kimi halların aradan qaldırılmasının yollarından danışıb, şəhid anası bir valideyn kimi daxili ağrıları cəmiyyətdə nümayiş etdirməyin ziyanlı olmasının, gələcək nəslin qəhrəman kimi yetişməsinə görə şəhadətə qovuşan oğulların ana və atalarının daim qürülu davranmalarının, “Vətən sağolsun” ifadəsini sidq ürəklə demələrinin və bu hissləri ətarfdakılara ötürmələrinin vacibliyini vurğulayıb, qazi jurnalist şəhid ailələri və qazilərlə bağlı qanunlarda, qərarlarda gələcəyə hesablanan, təkamül prosesini nəzərə alan əlavə və dəyişikliklərə ehtiyac olduğunu söyləyib, müharibə həyatı yaşayan insanların hər kəs tərəfindən qayğı ilə əhatə olunmasının məqsədəuyğunluğuna diqqət çəkib. Layihə çərçivəsində hazırlanan yekun verilişin qonağı olan özəl sektorun təmsilçisi xeyriyyə tədbirləri barədə geniş təqdimat etməyi təvəzökarlıqdan kənar yanaşma kimi qiymətləndirsə də, nümunə göstərmək naminə şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində gerçəkləşdirdikləri layihələr barədə məlumat verib, qazilərin sağlamlığa qovuşmalarına təkan olduqlarını əks etdirən faktlar sadalayıb.
Verilişlərin linkləri:
//www.youtube.com/watch?v=Hdjmt7V6yA8&feature=emb_logo
//www.youtube.com/watch?v=XkoIcwztatE
//youtu.be/pgczcTmRK4w
//www.youtube.com/watch?v=nhtbVIIui_k&t=2s
//www.youtube.com/watch?v=fvpkA-X6Ycc
//www.youtube.com/watch?v=j7ZoQzVWax0
Bütün verilişlər bir süjet xətti üzrə hazırlanıb və qonaqların səsləndirdiyi fikirlərin cəmi də bir daha təsdiqləyib ki, şəhid ailələri və qazilərin ən etbibarlı dayağı dövlətdir.
Missiya Media Qrupu ilə JEM arasında razılağa gəlinib ki, layihənin davamlılığını təmin etmək, ümumiyyətlə imtiyazlı təbəqəyə hüquqlarının mahiyyətini, onlardan istifadə etmək yollarını daim izah xarakerli xatırlatmaq cəmiyyətin sağlam təməllər üzərində inkişafına fərqli bir yöndən dəstəkdir.
JEM belə bir layihənin ərsəyə gəlməsinə maliyyə yardımı göstərən QHT-lərin İnkişafına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını bildirir, Missiya Media Qrupunun peşəkar kollektivinə təşəkkür edir, yayımlanan verilişlərin tamaşaçılar tərəfindən hörmət və diqqətlə qarşılandığını nəzərə çatdırır.
Mərkəz bir faktı da diqqətə çatdırır ki, hələ ikinci verilişdən etibarən bir neçə təşkilat müxtəlif məzmunlu, ancaq bu formatda verilişlərin hazırlanması istəyində olduqlarını bildiriblər. Bu da onu deməyə əsas verir ki, layihə ictimaiyyət tərəfindən diqqətlə izlənilib.