Azərbaycanda prezident rəhbərlik etdiyi federasiyanı məhkəməyə verdi

ÖLKƏ
12:04 / 05.11.2022
1198

Azərbaycanda federasiya prezidenti rəhbərlik etdiyi qurumu məhkəməyə verib.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Azərbaycan Bilyard İdmanı Federasiyasının (ABİF) prezidenti Emil Tağıyevdən məhkəməyə müraciət edib.

İş Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. Prezidentin öz federasiyasını məhkəməyə verməsinin səbəbi kimi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olduğu göstərilib. Bir qədər də konkretləşdirsək, işin mahiyyəti borc müqaviləsi üzrə mübahisələrdir. 
 
Noyabrın 3-də icraata götürülən işə baxılması vəkil Kənan Hüseynova tapşırılıb.  

Məsələ ilə bağlı Emil Tağıyevlə əlaqə saxlayıb, rəhbərlik etdiyi federasiyadan məhkəməyə nə üçün şikayət ünvaladığını soruşduq. Prezident Qaynarinfo-ya açıqlamasında bunları söylədi: 

"Bu məlumatı sizə kim verib? Necə ola bilər? Xeyr, rəsmi şəkildə belə bir informasiya yoxdur. Məhkəməyə müraciət etməmişəm. İcra ilə bağlı məsələ olub. Bu da səhv bir məsələ idi. Onu aydınlaşdırmaq üçün müraciət etmişdim”.

0