Rəşad Dağlının istintaqını kim aparır?

ÖLKƏ
12:13 / 11.11.2022
1551

Xəbər verdiyimiz kimi, qətl törətməkdə təqsirləndirilən tanınmış meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) həbs olunub. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə meyxanaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 
HİT.az-ın əldə etdiyi məlumata görə, Rəşad Dağlı (Əmirov) barəsində cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Arif Əhmədov aparır. 

Arif Əhmədov kifayət qədər tanınmış müstəntiqdir. O, indiyədək Qaradağ rayonu ərazisində baş vermiş bir neçə xüsusilə ağır cinayətlərin istintaqını aparıb.

Qeyd edək ki, Rəşad Dağlı 43 yaşlı İskəndər Mehdiyevi bıçaqlayaraq öldürməkdə ittiham olunur. 

0